“Əsgərə məktub” layihəsi ölkəmizdə uğurla davam edir

218

Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Doğma yurda sədaqət həm də mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir.

Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan çoxəsrlik tarixi keçmişdən yadigar qalmış tarix və mədəniyyət abidələrinə doğma münasibət, hər şeydən öncə, Vətənə məhəbbətin təcəssümüdür. Məhz buna görə də Vətənimizin keçmişinin şahidi olan tarixi abidələrə hörmət bəsləmək, xalqımızın tarixində milli qürur hissi yaradan, mərdlik simvoluna çevrilən tarixi qalaların əhəmiyyətini dərk etmək, qəhrəmanların döyüş yolunu öyrənmək, onların Vətən haqqında ibrətamiz kəlamlarını qavrayıb dərk etmək insanda vətənpərvərlik hissinin dərin iz buraxmasında müstəsna rol oynayır.

Təsadüfi deyil ki, xalqımızın yaratdığı şifahi xalq ədəbiyyatı nümunələrində və ədəbi mühitdə də vətənpərvərlik mövzusuna həssaslıqla yanaşılıb. Xalqımızın qədim dastanlarından olan, 13 əsrlik bir tarixə malik “Kitabi-Dədə Qorqud” dastanında yadellilərin Vətənə hücumu və xalqın öz yurdunu düşmənlərdən qoruması təsvir edilir. Bu dastanın bütün boyları vətənpərvərlik hissinin tərənnümündən ibarətdir.

“Koroğlu”, “Şah İsmayıl”, “Qaçaq Nəbi” kimi xalq dastanlarında da vətənpərvərlik duyğuları əsas yer tutur.
Bu gün Azərbaycan ordusu Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında 30 ildir işğal altında olan torpaqlarmızı erməniqəsbkarlarından azad etməkdədir. Bu şanlı qələbəmiz elədə uzaqda deyil.

Tezliklə bu qələbəni Şuşada birlikdə qeyd edəcik.
Hamı kimi, təhsilimizin keşiyində duran müəllimlərimiz də şagirdlərmizin vətənpərvərlik ruhunda böyüdülməsi istiqamətində öz şagirdləri ilə Əsgərə Məktub layihəsinə dəstək olaraq,maraqlı işlər görürlər.

Sosialmedia.az xəbər verir ki,belə müəllimlərmizdən biridə Sumqayıt şəhər 27 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aygün Süleymanova öz şagirdləri ilə “Əsgərə məktub” layihəsinə dəstək olaraq, maraqlı motivəedici məktublar yazaraq, əsgələrə yola salmışlar. “Əsgərə məktub” layihəsinin əsas məqsədi:

Azərbaycan əsgərində ruh yüksəkliyini artırmaq, onlara mənəvi dəstək olmaq, əsgərlərimizə var gücümüzlə hər zaman döyüşə hazır olduğumuzu bildirməkdir.

Əsgərə məktub layihəsinin qəhramanlarından Baharın fikri olduqca diqətimizi çəkmiş oldu. Baharın şəkillərində boş tank şəkillərinə ütünlük verir. Bahar deyir ki, ermənilər tanklarını qoyub qaçdığından boş çəkirəm. Bu gün bu şagirdlərimiz gələcək Azərbaycanımızın qurucularıdır. Bu şagirdləri tərbiyə edən gənc müəllim Aygün Süleymanovanı Sizlərlə tanış etmək istədik.