“Vətənpərvər Maarifçi Gənclər” İctimai Biriliyi onlayn təlim keçirib

109

Sosialmedia.az bildirir ki, “Vətənpərvər Maarifçi Gənclər” İctimai Biriliyi “Gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi istiqamətində onlayn təlimlərin təşkili” adlı layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirmişdir.

Layihənin məqsədi gənclərin diaspora fəaliyyətinə cəlb edilməsi və diaspora işlərində gənclərin könüllülük fəaliyyətinin təmin edilməsi və dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir.

İki ay müddətində icra olunan layihə 5 təlim iki növbə üzrə nəzərdə tutulmuşdur.
“Xaricdə yaşayan Azərbaycanlı gənclərlə əlaqələrin yaradılması” mövzusunda keçirilən növbəti təlimi Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı İlqar Məcidi həyata keçirmişdir. İlqar Məcidi mövzu ilə bağlı məlumat verərək qeyd etdi ki, gənclərin diaspor fəaliyyətində rolu artıb. Azərbaycan diasporunun fəaliyyətində əsas hərəkətverici qüvvəni gənclər təşkil edir.

Hazırda Azərbaycan dövləti tərəfindən xaricdə təhsil almaq üçün göndərilən minlərlə gənc Vətənin təbliğində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Gənclər Azərbaycan həqiqətlərinin yayılması istiqamətində işləyirlər.

Ölkə hüdudlarından kənarda dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun həyata keçirdiyi lobbiçilik fəaliyyətinin əsas subyektlərindən biri olan və xaricdə fəaliyyət göstərən Azərbaycan gənclərinin ictimai təşkilatlarının yeri və rolu təhlil edilir. Müəllif gənclərin xarici siyasət sahəsinə fəal şəkildə cəlb olunmasının və dövlət maraqlarımızın xarici ölkələrdə və beynəlxalq tədbirlərdə qorunması, tarixi və mədəni irsimizin təbliğ edilməsi, dövlətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində xaricdə fəaliyyət göstərən ictimai təşkilatların fəaliyyətinin dəstəklənməsinin vacibliyini diqqətə çatdırdı.

Təlim çərçivəsində “Xaricdə yaşayan Azərbaycanlı gənclərlə əlaqələrin yaradılması” mövzusu geniş müzakirə edilərək, iştirakçıların təklifləri dinlənildi.

Sonda təlimin təşkilində yaxından iştirak edən Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.