Maska taxmamağa çağıran insanlar… – Levits

206

İctimaiyyəti maska taxmamağa çağıran insanlar Rusiyanın Baltikyanı ölkələrə qarşı başlatdığı hibrid müharibəsinin iştirakçılarıdır.

Sosialmedia.az xəbər verir ki, bu barədə Latviya Prezidenti Eqil Levits danışıb.

“Qoruyucu maskanı taxmamağa yönələn çağırışlar hibrid müharibəsinin bir hissəsidir, hansı ki, daxili siyasi vəziyyətin sabitliyini pozmaq üçün istifadə edilir. Maskalara qarşı olan hərəkat Latviya dövlətini olduqca zəiflədir, xaos və iqtisadi tənəzzül yaradır. Əhalinin bunu anlaması çox vacibdir”, – o bildirib.

Qeyd edək ki, dünən Latviyada koronavirus tədbirlərinə qarşı çıxış edən iki nəfər saxlanılıb.