Lavrov: Qərb bizə qarşı bunu dayandırmayacaq!

171

Qərb ölkələri Rusiyanın digər dövlətlərlə qarşılıqlı əlverişli fəaliyyətinə mane olmaq cəhdlərini dayandırmayacaqlar.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“İndi bizə Qərbin hədəfi aydındır: Rusiyanın daxili inkişafı üçün xarici əlverişli siyasət formalaşdırmasına imkan verməmək. Rusiyanın qarşısını almaq üçün bu hədəfə kökləniblər”, – deyə Rusiya XİN rəhbəri bildirib.

Lavrov bildirib ki, Rusiya Qərbin inkişaf modellərini götürsə, inteqrasiya üçün heç bir yeri qalmayacaq:

“Fikrimcə, koronavirus təkbaşına nələrsə yaratmalı olduğumuzu göstərdi”.