Türkiyədə zəlzələ oldu

129

Türkiyənin şərqində yerləşən Van şəhərində zəlzələ baş verib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Aralıq dənizi bölgəsinin seysmoloji mərkəzi məlumat yayıb.

Məlumata görə, ötən gecə baş verən zəlzələ 4,7 gücündə olub. Onun episentri şəhərdən 46 km aralıda, 9 km dərinlikdə yerləşir.

Qeyd edək ki, zəlzələ hiss ediləcək gücdə olsa belə, şəhər dağıntılara məruz qalmayıb