Co Bayden Kuba ilə əlaqələri normallaşdırmağı planlaşdırır

136

ABŞ-ın yeni Prezidenti Co Bayden Kuba ilə əlaqələri normallaşdırmağı planlaşdırır.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Blumberq”in məlumatında deyilir.

Belə ki, Bayden ABŞ-ın Kuba ilə bağlı çoxillik siyasətini dəyişdirib, sanksiyaları ləğv edəcək.

Yeni Prezident, həmçinin Kubaya səfər, pul köçürmələri ilə bağlı məhdudiyyətləri də yenidən nəzərdən keçirəcək.

Qeyd edək ki, Bayden seçkiöncəsi açıqlamasında Kubaya yönəlik yeni siyasətə ehtiyac olduğunu açıqlamışdı.