Müasir müharibə necə aparılmalıdır? – ABŞ generalı

179

Rusiya və Çin kimi nəhəng güclərə qarşı müharibədə hava üstünlüyü həlledici rol oynayacaq.

Sosialmedia.az xəbər verir ki, bunu ABŞ-ın “National İnterest” nəşri yazıb.

“Havada böyük dağıdıcı qüvvəyə sahib olan ölkəyə qarşı müharibədə hava döyüşü aparmaq və müasir hava hücumundan müdafiə sistemlərini məhv etmək zəruridir.

Genişləndirilmiş bombardman əməliyyatları üçün havada təyyarələrə yanacaq doldurma bacarığı, qırıcıların hücumu, eləcə də peykdən məlumatların alınması hava hökmranlığının bir hissəsi olacaq”, – məqalədə bildirilib.

Bundan başqa məqalədə havada müasir müharibənin İraq və ya Əfqanıstandakı münaqişələrdən tamamilə fərqli bir xarakter daşıyacağı qeyd edilib. Bu müharibədə ABŞ yüksək texnoloji rəqiblə qarşılaşacaq.

“Fikrimiz texnoloji cəhətdən geridə qalmış bir mühitdəki təcrübəyə yönəlib. Yalnız bu yaxınlarda texnoloji cəhətdən güclü bir rəqibin qarşısının necə alınmasına və hava qüvvələrindən istifadə prinsiplərinin necə dəyişdirilməsinə diqqət yetirməyə başladıq. Regional əməliyyatı bir raketlə aparmaq olmaz. “Səhrada tufan” əməliyyatı zamanı 60 hədəf təyin olunmuşdu. Amma indi biz Avropa və ya Cənubi Çin dənizindəki əməliyyatlarda asanlıqla 100 hədəf təyin edə bilərik”, – ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisinin müavini general-leytenant Cozef Qastell jurnala şərhində deyib.