Koronanın daha iki növü aşkarlandı

219

ABŞ-ın Ohayo Universitetinin alimləri koronavirusun iki yeni mutasiyasını aşkarlayıb.

Sosialmedia.az xəbər verir, Universitet bu barədə bəyanat yayıb.

Məlumata görə, növlərdən biri “Britaniya mutasiyası” ilə oxşardır, ikincisi isə daha yoluxucudur.

Bəyanatda bildirilir ki, “Britaniya mutasasiyasına” oxşar növ əslində ABŞ-da yaranıb. Digər növ SARS-Cov-2-də rast gəlinməyən üç genetik mutasiyanı daşıyır. Sözügedən mutasiyalardan biri Ohayo şəhərində, digəri isə Kolumbusda aşkarlanıb.