Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanır.
Sosialmedia.az bildirir ki, FHN-dən Axar.az-a verilən məlumata görə, hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.
Yanğın binanın dam örtüyündə baş verib
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.