Dünyada inflyasiya gözlənilir? – FES-dən mühüm açıqlama

165

Qlobal iqtisadiyyat normallaşsa, qiymətlərdə müvəqqəti bir artım ola bilər, ancaq daimi inflyasiya gözlənilmir.

Sosialmedia.az xəbər verir ki, bunu Federal Ehtiyatlar Sistemi (FES) sədri Cerom Pauell deyib.

“İqtisadiyyat yenidən normallaşdıqca tələbdə artım olacaq, ancaq bunun inflyasiyanın altındakı psixologiyanı dəyişdirəcəyi ehtimalı çətin görünür. Hesab edirik ki, qiymətlər üzərində təzyiq istehlakçılara qiymət artımı şəklində görünə bilər, ancaq bu təsir müvəqqəti olacaqdır”, – C.Pauell qeyd edib.