Putin və Zelenski neytral ölkədə görüşsün – Təklif

181

Ukrayna və Rusiya prezidentləri bitərəf ölkənin ərazisində görüşməlidirlər.

Sosialmedia.az xəbər verir ki, bunu Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri, sabiq dövlət başçısı Leonid Kravçuk deyib.

“İkitərəfli münasibətlərdən danışırıqsa, başqa bir bitərəf ölkə olmalıdır. Heç bir halda Rusiya ola bilməz, Belarus da ola bilməz, başqa bir neytral ölkə olmalıdır. Bu normaldır, dünya miqyasındakı praktika budur”, – L.Kravçuk söyləyib.

Kravçuk liderlərin Finlandiya, yaxuda İsveçrədə görüşə biləcəyini deyib.

Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Donbasda görüş təklif edib, qarşı tərəf isə Zelenskini Moskvaya dəvət edib.