Rusiya diplomatik əlaqəni kəssə, müharibə olacaq

276

Bu gün Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi məsələsini qaldırmaq prioritet deyil, çünki bir çox ölkə “Normand formatı” danışıqlarında iştirak edir.

Sosialmedia.az xəbər verir ki, bu açıqlama ilə Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri, sabiq dövlət başçısı Leonid Kravçuk çıxış edib.

“Təsəvvür edin ki, Rusiya sabah Normand və Minsk formatında iştirak etməkdən imtina edər və deyər: “İstəmirik, bu formatları tərk edirik”. Sonra diplomatik əlaqələrin kəsilməsinə ehtiyac yaranar. Dərhal, ikinci gündə…” – Kravçuk deyib.

O qeyd edib ki, Donbasdakı müharibəyə son qoymaq üçün bütün imkanlardan, yollardan istifadə etmək və Rusiyanın işğal etdiyi Krımı Ukraynaya qaytarmaq üçün addımlar atmaq lazımdır:

“Yəni, lazım olanı etmək – Ukrayna ərazisinin suverenliyini və toxunulmazlığını bərpa etmək”.