ABŞ Türkiyəyə qarşı gizli savaşırdı, indi isə… – Oğan

378

Qərb heç vaxt Türkiyənin dostu, ABŞ da müttəfiqi olmayıb. Türkiyə Cümhuriyyəti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə hamısının cəzasını verəcək.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin müşaviri Ayhan Oğan ABŞ Prezidentinin 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımasını şərh edərkən deyib.

“Təəccüblənəcək, narahat olacaq heç nə yoxdur. Üstüörtülü savaşdan açıq savaş daha yaxşıdır”, – deyə Oğan bildirib.