Çində güclü qasırğa: 6 ölü, 218 yaralı

305

Çinin Uhan şəhərində mayın 14-də axşam saatlarında güclü qasırğa olub.

Sosialmedia.az xəbər verir ki. qasırğa nəticəsində 6 nəfər ölüb, 218 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Sürəti saniyədə 24 metrə çatan külək evlərdə, tikintisi davam edən binalarda dağıntılar törədib, xeyli ağacı kökündən qoparıb, kommunikasiya xətlərinə ziyan dəyib. İlkin araşdırmaya əsasən, 27 ev dağılıb, 130 evə ziyan dəyib, elektrik xətlərinin qırılması nəticəsində 26 mindən çox evin elektrik təchizatı dayanıb. Bundan başqa, tikinti sahəsində olan qülləli 2 kranın aşdığı bildirilir.