Belarus yox, Polşa piratçılıqla məşğul idi – Roqozin

243

Polşa və Rumıniya hava piratçılığı ilə çoxdan məşğuldurlar. Belə təhlükəli və qeyri-qanuni hərəkətləri başqa cür adlandırmaq olmaz.

Sosialmedia.az xəbər verir ki, bunu “Roskosmos”un rəhbəri Dmitri Roqozin Polşa Baş nazirinin “Ryanair” təyyarəsi ilə bağlı insidentdən sonra Belarus aviaşirkətlərinin AB ərazisində uçuşlarını qadağan etməkdə israr etməsini şərh edərkən deyib.

O bildirib ki, belə hallar bir neçə dəfə baş verib:

“2017-ci ildə Moldova prezidentinin dəvəti ilə hökumət nümayəndə heyətinin tərkibində Kişinyova yola düşdüyümüz vəziyyəti xatırlayıram. O zaman S7 şirkətinin sərnişin təyyarəsinin Rumıniya və Polşanın hava məkanından keçməsinə razılıq verilməmişdi və təyyarə Minskdə enmişdi. Bu, sözügedən ölkələrin Rusiya hökumətinin nümayəndə heyətinin səfəri barədə əvvəlcədən məlumatlı olmaları fonunda baş tutub”, – deyə Roqozin bildirib.