Bərdədə bazar yanır

205

Bərdədə yerləşən bazarların birində yanğın başlayıb.

Sosialmedia.az bildirir ki, Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə, Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.