Fətullah Gülənin qardaşı oğlu xaricdə tutularaq Türkiyəyə gətirilib

202

“Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) lideri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən xaricdə tutularaq Türkiyəyə gətirilib.

SosialMedia.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, S. Gülən Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən keçirilən əməliyyat nəticəsində tutulub.

O, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilir.