Masallıda çay plantasiyasından oğurluq edildi

298

Masallıda çay plantasiyasından oğurluq edənlər saxlanılıb.

Sosialmedia.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Masallı rayonunun Kolatan kəndi ərazisində yerləşən çay plantasiyasının anbarından ümumi dəyəri 1115 manat olan 1 ədəd ot biçən aparatın, 2 ədəd traktor akkumulyatorunun, 1 ədəd odun kəsən mişarın və digər əşyaların oğurlanması ilə bağlı Masallı Rayon polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Lənkəran rayon sakinləri R.Seyfullazadə, E.Eyvazzadə və bir nəfər yeniyetmənin olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.