İran ərazisindən Türkiyəyə raket atıldı

289

Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonu ərazisində modul beton divarların inşasında çalışan qrupumuza İran ərazisindən raketlər atılıb və cavab olaraq 3 PKK terrorçusu zərərsizləşdirilib. Bölmələrimizdə itki yoxdur.

Sosialmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.