Türkiyə Fransaya əl uzatdı: Seçim Parisindir!

202

Çavuşoğlunun Türkiyə və Fransanı “dost-müttəfiq” adlandırması iki ölkə arasındakı mövcud gərginliyin bitməsi demək deyil. O, bununla rəsmi Ankaranın “az düşmən, çox dost” siyasətini davam etdirir. Türkiyə-Fransa münasibətlərinin bundan sonra necə olacağı isə Parisdən asılıdır.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Fransaya səfəri haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Türkiyə heç zaman Qərbə düşmən mövqe sərgiləməyib:

“Bununla belə Türkiyə hər zaman öz milli maraqlarından çıxış edib. Rəsmi Ankara bu gün də Şimali İraq, Suriya, Liviya, Şərqi Aralıq, hətta Qafqazda belə öz maraqlarının Qərb tərəfindən etirafını tələb edir. Qərb ölkələri isə başda Fransa olmaqla, Türkiyənin artan gücündən ehtiyat edərək, onun nüfuz dairələrini qəbul etmək istəmir. Təbii olaraq bu da Türkiyə ilə Fransa arasında münasibətlərin pisləşməsinə, hətta zaman-zaman gərginləşməsinə gətirib çıxarır. Fransa Türkiyənin regionlardakı maraqlarını qəbul etmədiyi təqdirdə çətin ki, Ankara ilə Parisin münasibətləri bərpa edilsin. Nəzərə almaq lazımdır ki, dünya əvvəlki dünya deyil və dünya 5-dən böyükdür.

Çavuşoğlu da rəsmi Parisə başa salmağa çalışır ki, indiki halda münasibətləri gərginləşdirməyin mənası yoxdur. İki ölkə arasında münasibətləri yaxşılaşdırmaq və dostluğu qorumaq lazımdır. Hər halda seçim Fransanındır”.