Yevlax polisi əməliyyat keçirdi: saxlanılanlar var

262

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri Xaş-xaş-2021 şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Sosialmedia.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Aşağı Qarxun kənd sakinləri Bəhruz Rzayev və Məcid Əbdürrəhimov saxlanılıb.

Onların kənd ərazisindəki sahədə uzunluğu 80 sm-dən 220-sm-dək, ümumi çəkisi 107 kiloqramdan artıq olan 80 ədəd çətənə bitkisini aqrotexniki qaydada yetişdirdikləri müəyyən edilib. Həmin əraziyə baxış keçirilən zaman əlavə olaraq 7 kiloqram 765 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.