Mərdəkan şossesində yanğın: Sürət həddi endirildi – Foto

283

Mərdəkan şossesi Mərdəkan qəsəbəsi istiqamətində yol kənarından yanğın baş verib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, yaranan tüstü yolda görüntünün məhdudlaşmasına səbəb olub.

Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bunu nəzərə alaraq Qala döngəsi Mərdəkan hissəsində sürətlər bütün zolaqlar üzrə 60 km/saata endirilib.