Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərini təbrik edib

272

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərini 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

SosialMedia.az-ın xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşılan təbrikdə deyilir: “Azərbaycan türkü qardaşlarımızın rahatlıq və təhlükəsizliyi üçün qəhrəman və fədakar şəkildə xidmət edən, Vahid Vətən Əməliyyatı ilə Qarabağdakı torpaqlarını işğaldan azad edərək bizləri sevindirən qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin bu xüsusi gününü təbrik edir və hörmətlə salamlayırıq”.