Yasamalda gənc qızı avtomobil vurdu

262

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sosialmedia.az “Report”a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Əkbərova Aysel Ağamirzə qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.