Tovuzda maşın körpüdən aşdı: yaralılar var

373

Tovuz rayonunda avtomobil körpüdən aşaraq çaya düşüb.

Sosialmedia.az xəbər verir ki, hadisə rayonun Ağbalar kəndinə baş verib.

Belə ki, VAZ 21015 markalı avtomobil idarəetməni itirərək, dərəyə aşıb.

İlkin məlumata görə, hadisə zamanı 3 nəfər xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.