Qarabağ savaşında özümüzü qəbul etdirdik… – Yarar

251

Biri sizə əzələ göstərəndə qarşısına qoya biləcəyiniz alternativlərə sahib olmalısınız.

Sosialmedia.az xəbər verir ki, bunu türkiyəli ekspert Mete Yarar pilotsuz hücum təyyarə sisteminin dizayn görüntülərindən danışarkən deyib.

“Anadolunun PUA məkanına çevrilməsi Türkiyənin konsepsiyasıdır. Təyyarənin tamamilə pilotsuz sistemlərlə təchiz edilməsi dünyada ilk nümunə olacaqdır. Türkiyə etdikləri ilə özünü Qarabağ müharibəsində qəbul etdirdi, indi də doktrinaları ilə birgə addımlayır”, – M.Yarar qeyd edib.