Şəhid və qazi övladları üçün Novruz şənliyi təşkil edildi-Özəl

709

Sosialmedia.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq” İçtimai Birliyinin təşkilatçılığı ilə 21 mart 2024-cü il tarixində Abu Arena Sarayında şəhid və qazi övladları üçün Novruz şənliyi təşkil edilmişdir.

Tədbirdə 60-dan çox uşaq və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə qəsəbə Mədəniyyət Mərkəzi, A.Abdullayev adına Mədəniyyət Mərkəzi, M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi və Şağan qəsəbə Mədəniyyət Mərkəzinin kollektivləri iştirak etmişlər. Şənlikdə uşaqlar Keçəl, Kosa və Bahar qızı ilə birlikdə şən musiqi sədaları altında rəqs etdilər, şeirlər və mahnılar ifa etdilər, müxtəlif nağıl qəhrəmanları ilə əyləncəli oyunlar oynayaraq xoş zaman keçirdilər.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim edildi və şənlik qəhrəmanları ilə birgə xatirə şəkilləri çəkdirildi.