Xaçmazda 27 yaşlı gənc göldə batdı

299

Xaçmaz rayonuda bədbəxt hadisə baş verib.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Həsənqala kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Şıxəmməd oğlu Məmmədov kənd ərazisində yerləşən göldə batıb.

Qeyd edək ki, mərhum ailəli idi, iki il əvvəl toyu olub, övladı yoxdur.

Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.