Bu gün 19 min şagird imtahan verəcək

157

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.

Sosialmedia.az xeber verir ki, Mərkəzdən bildirilib ki, imtahanlar Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunur.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış-saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 83 imtahan binası, 1 431 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 83 ümumi imtahan rəhbəri, 238 imtahan rəhbəri, 1 859 nəzarətçi-müəllim, 168 buraxılış rejimi əməkdaşı, 83 bina nümayəndəsi ayrılıb.

Bugünkü imtahanda I ixtisas qrupu üzrə sənəd verənlərin bir hissəsi – 19 184 abituriyentin iştirakı nəzərdə tutulur. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2006-cı ildəndir.