Azərbaycanda general-mayor vəfat etdi

311

General-mayor Mehman Təhməzov vəfat edib.

Sosialmedia.az Bakı.vs-yə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının İnterpolun Milli Mərkəzi Bürosunun sabiq polis rəisi, general-mayor Mehman Təhməzov böyrək çatışmazlığından bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Mehman Təhməzov əvvəllər Salyan RPŞ-nin, Binəqədi RPİ-nin və Xətai RPİ-nin rəisi vəzifələrində işləyib.

Xatırladaq ki, M.Təhməzov 2019-cu ildə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi.