Ana türmədə olan oğluna narkotik apardı

142

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə və Şəki Penitensiar Müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Sosialmedia.az bildirir ki, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin 206.3.2-ci; 234.4.1-ci; 234.4.3-cü və 66.3-cü maddələri ilə təqsirli bilinərək yeddi il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Xidmətin müalicə müəssisəsində saxlanılan məhkum Tayyib Rəsul oğlu Eynullayev ilə qısamüddətli görüşə gələn anası Bakı şəhər sakini Səfurə Musa qızı Eynullayeva tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan idman şalvarının belindəki ipə xüsusi üsulla hopdurularaq gizlədilmiş 1,748 qram narkotik maddə – heroin aşkarlanıb.

Cinayət Məcəlləsinin 29.120.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan Elsevər Elçin oğlu Quliyevə tanışı Mingəçevir şəhər sakini Ruslan Xanlar oğlu Həsənov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman isə orada olan əl-üz dəsmalına xüsusi üsulla hopdurularaq gizlədilmiş 0,108 qram narkotik maddə – heroin aşkar edilib.