Qanunsuz ov edənlər saxlanıldı

156

Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz ov və mülki silahın daşınması qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Aşağı Tala kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Sosialmedia.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, həmin şəxslərin rayonun Faldarlı kənd sakinləri Səbuhi Səmədov və Canqa Süleymanov olduqları müəyyən edilib. Onlardan qanunsuz olaraq ovladıqları dovşan və ov tüfəngləri götürülüb.

Hər iki şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.