Mənə “Vor zakon” dediniz, indi kimdir “Vor zakon”?-Emil Maqalovdan sərt tənqid-Özəl

207

Dostlar və aidiyyəti dövlət qurumları,
Bir neçə aydır topladığım informasiyalar əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ndə korrupsiyanın kökünü demək olar ki, tapmağa nail oldum.

Sosialmedia.az xəbər verir ki, çoxu mənə deyirdilər, Agentliyik tək 2022-ci ildə 369 500 manat tədbirlərdən pul mənimsəyib, inanmırdım. Tanışlarlmın əlaqələrindən istifadə edib bəzi əlaqələr qurdum, kim nədən, niyə #QHTAgentliyinə pul geri qaytarma edibsə, öyrəndim.

2022-ci ildə Agentliyin bəzi tenderlərdən qazandığı pulları diqqətinizə təqdim edirəm:

“SİNERGİ PARTNERŞİP” MMC – İşğaldan azad edilmiş rayonlara, vətən müharibəsi zamanı ermənistanın terror törətdiyi regionlara və həmçinin Agentliyin cari ilin sonuna kimi həyata keçirəcəyi müxtəlif tədbirlərin təşkil olunmasının satınalınması – 263 710 AZN (geri qaytarılan məbləğ – 120 000 AZN),
“TODAY” MMC – İctimai şuralara təlimlər və Birinci mübadilə və təlim proqramının satınalınması – 246 578 AZN (geri qaytarılan məbləğ – 75 000 AZN),
“İDEAL DİZAYN OFFİCE” MMC – mebel inventarlarının satınalınması – 35 200 AZN (geri qaytarılan məbləğ – 5000 AZN),
“AZALİ GROUP” MMC – Türkiyə QHT-ləri və beyin mərkəzlərinin Azərbaycana səfərinin təşkilinin satınalınması – 86 190 AZN (geri qaytarılan məbləğ – 16 000 AZN),
“SAFAROFF CA” MMC – Elektron proqramların funksiyanallığının artırılması,dizaynın yenilənməsi və texniki dəstəyin göstərilməsi xidmətinin satınalınması 90 860 AZN (geri qaytarılan məbləğ – 15 000 AZN),
“AE UNION” MMC – Avadanlıqların və müvafiq aksesuarların satınalınması – 90 824 AZN (geri qaytarılan məbləğ – 33 000 AZN),
“VEGA TRAVEL MANAGEMENT” MMC – “Xarici və yerli QHT-lər arasında beynəlxalq əməkdaşlıq məsələləri”nin satınalınması – 178 890 AZN (geri qaytarılan məbləğ – 74 000 AZN).

1 tender isə tamamilə icra edilməmiş, şirkətin faizləri çıxmaq şərtilə qalan vəsait mənimsənilmişdir. Onu da diqqətinizə təqdim edirəm:

“TURALUX” MMC – “Ulu öndər Heydər Əliyevin Şuşa sevgisi” tədbirin satınalınması – 35 230 AZN (geri qaytarılan məbləğ – 31 500 AZN).
Beləliklə özünüz də hesablaya bilərsiniz, 1 ildə 369 500 manatın mənimsənildiyini.
Kiçik bir dövlət qurumu təkcə tenderlərdən bu qədər vəsait qazanırsa, görün vəziyyət nə qədər acınacaqlıdır. Hələ bunların ölü QHT-lərə yazdırdıqları vəsaitləri demirəm.
Yazımda şübhəsi olanlar, araşdırsın.

…Amma mən QHT agentliyindən AntiNarkotik təlimlərim üçün sadəcə 10 ca min pul istədim, mənə ümumiyyətlə YOX dediz.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Narkoekspert Emil Maqalov