Polis 60 toyda monitorinq apardı

170

Noyabrın 2-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 60 toy şənliyinin monitorinqini həyata keçirib.

Sosialmedia.az bildirir ki, DİN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, monitorinq 54 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 9 nəfər COVİD-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.