Dənizçilərimiz Vətən müharibəsində…

146

Tanınmış şair-publisist, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəylinin yeni kitabı nəşr olunub.

Sosialmedia.az bildirir ki, Bu barədə Kult.az-a müəllif özü məlumat verib.

Kitab “Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb.

320 səhifəlik kitab DSD İB-nin lahiyəsi olaraq 2.000 tirajla dərc olunub. Kitabın redaktoru Hüseyn Sözlü, tərtibatçısı Fərrux Həmidlidir.

Kitabda 300 nəfərə yaxın I və II Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi və işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərərək şəhid və qazi olan Azərbaycan dənizçisinin və dənizçi övladlarının döyüş yolundan bəhs olunur.