Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları müəyyənləşib.
Sosialmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, həmin işçilərin aylıq vəzifə maaşları aşağıdakı məbləğdə olacaq:
Sıra №-si
Vəzifələrin adı
Aylıq vəzifə maaşı
(manatla)
1.
İdarə rəisi
864
2.
İdarə rəisinin müavini
624
3.
Baş mühasib, sektor müdiri
565
4.
Baş mühasibin müavini, baş məsləhətçi
534
5.
Metodiki Mərkəzin müdiri
516
6.
Aparıcı məsləhətçi
500
7.
Məsləhətçi
486
8.
Metodist
470
9.
Bölmə rəhbəri
450
10.
Böyük iqtisadçı, böyük mühasib
444
11.
Aparıcı mühasib
430
12.
İqtisadçı, mühasib, kompüter üzrə mütəxəssis
415
13.
Avtomobil sürücüsü
400
14.
Katibə-kompüter operatoru
354
15.
Xadimə, fəhlə
325
Qeyd edək ki, qərarda uşaq bağçaları İcra Hakimiyyətinin tabeliyində kimi qeyd olunsa da, Prezident İlham Əliyevin sərəncamına əsasən, 20 dekabr 2021-ci il tarixindən etibarən dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.