Evində odlu silah gizlədən şəxs TUTULDU

229

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən evində narkotik vasitə və odlu silah gizlədən şəxs saxlanılıb.

Sosialmedia.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, narkotik vasitə daşımaqda və gizlətməkdə şübhəli bilinən rayon sakini Elmir Yaqublu saxlanılıb.

Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirilərkən oradan sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də qanunsuz olaraq saxladığı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.