Saakaşvili istənilən yolla hakimiyyətə gəlmək istəyir

212

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili fikirlərini dəyişməyəcək. O, istənilən yolla hakimiyyətə qayıtmaq istəyir.

Sosialmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasından deputatı Georgi Saqareişvili deyib.

“Saakaşvili azad olmaq istəyir. Burada, Ukraynada və ya başqa yerdə siyasi proseslərdə birbaşa iştirak etmək arzusundadır. Bu, onun həyat tərzidir. Görünür, o, həyatını başqa cür təsəvvür edə bilmir”, – Saqareişvili bildirib.

Bununla yanaşı, deputat hesab edir ki, eks-prezidentlə onun tərəfdarları arasında əlaqə qopub.

Qeyd edək ki, bazar ertəsi məhkəmədə çıxışı zamanı Saakaşvili əhalini kütləvi etirazlara və mövcud hakimiyyətdən qurtulmağa çağırıb.