62 yaşlı kişi dəm qazından öldü

210

Ağdaşda kişi dəm qazından boğulub.

Sosialmedia.az xəbər verir ki, hadisə şəhərin M.İsayev küçəsində qeydə alınıb.

Şəhər sakini, 1960-cı il təvəllüdlü Mehrəli Mütəllibov yaşadığı ünvanda dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.