2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqləndi

265

Parlament “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Komitə sədri bildirib ki, büdcə sənədi parlamentdə geniş müzakirə edilib, onlarla deputat bu barədə fikrini söyləyib.

O, həmkarlarını layihəni dəstəkləməyə dəvət edib.