Gəncədə kütləvi dava: 1 nəfər bıçaqlandı

295

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Sosialxəbər.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən kafelərdən birinin qarşısında qeydə alınıb.

Bıçaqlanan 2000-ci il təvəllüdlü İlkin Həsənov xəstəxanaya yerləşdirilib.

21 yaşlı gənc dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, İ.Həsənov bir neçə şəxs tərəfindən döyülüb, sonra isə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.