Bakıda avtomobil iki piyadanı vurub, ölən var

230

Bakıda avtomobil iki piyadanı vurub, ölən var.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, hadisə iyulun 26-sı saat 20:45 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1996-ci il təvəllüdlü Kənan Anar oğlu Allahverdili idarə etdiyi “Kia-Rio” markalı avtomobillə hərəkətdə olan zaman piyadalar – 1998-ci il təvəllüdlü Afət Yaqub qızı Dadaşova və 1969-cü il təvəllüdlü Zemfira Hüseyn qızı Hacıyevanı vurub. Nəticədə Z.Hacıyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq davam etdirilir.