Bakıda dörd yaşlı qız binadan yıxılıb öldü

189

Bakıda azyaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

Sosialmedia.az Lent.az-a istinadən məlumatına görə, hadisə Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində qeydə alınıb.

4 yaşlı Cəlali Zəhra Anar qızı yaşadıqları binanın 6-cı mərtəbəsinin eyvanından yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.