Türkiyə və Azərbaycanın Rusiyada biznes marağı: Yeni reallıqlar və fürsətlər

4639

Rusiya-Ukrayna müharibəsinin əsas aktyoru Amerika Birləşmiş Ştatlarıdır. Müharibə meydanında Ukrayna olsa da, Rusiya ilə döyüşən əslində ABŞ-dır. Müharibə boyu ABŞ-ın göstərdiyi sərt mövqenin də səbəbi məhz budur. ABŞ-ın Rusiyaya qarşı sərt sanksiyaları və müharibənin yaratdığı siyasi-iqtisadi çətinliklər Amerikadan başda heç bir ölkəyə sərf etmir. Xüsusilə də bölgə və Avropa ölkələrinin iqtisadiyyatına, logistika və istehsal sahələrinə ciddi təsir göstərən bu amil qlobal iqtisadiyyata ciddi zərər vurur. Birinci və İkinci dünya müharibələrindən bu günədək konfliktlərdən fayda götürən Amerika isə sərt mövqeyindən əl çəkmək niyyətində görünmür. Ukraynanı öz maraqlarına qurban verən ABŞ hələ də müharibənin davam etməsində maraqlıdır.
Xatırladaq ki, Rusiya Ukrayna müharibəsinə başlması ilə Qərb və Avropa ölkələri tərəfindən böyük iqtisadi və siyasi sanksiyalarla üz-üzə qaldı. Belə ki, fevralın 24-dən etibarən bir çox ölkələr Rusiya Federasiyasına qarşı görünməmiş sanksiya paketləri tətbiq etdi. Xüsusilə də maliyyə-bank sisteminə tətbiq edilən sanksiyalar, o cümlədən Rusiyanın ixrac kateqoriyasına daxil olan mal və məhsulların satışına oyulan məhdusiyyətlər artıq Avropa və bölgə iqtisadiyyatına ciddi təsirini göstərməyə başlayıb. Artıq bir müddətdi rki, bir çox xarici şirkət Rusiyada fəaliyət göstərməyəcəyini və bütün xidmətlərini dayandırdığını elan etdi. Hazırda da bu proses davam edir. Demək olar ki, hər gün hansısa xarici şirkət Rusiyada fəaliyyətini dayandırdığını bəyan edir. Səbəb isə ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə göstərdiyi sərt mövqeyidir. Xarici şirkətlər isə ABŞ-ın sanksiyaları ilə üzləşmək istəmədikləri üçün belə bir qərar açıqlayırlar. Əslində Qərb və Avropa şirkətləri üçün Rusiya kimi böyük bir iqtisadi bazardan çıxmaq sərfəli deyil. Amma artıq prosesin gedişatında Rusiya bazarları Qərb və Avropa şirkətlərinin əlindən çıxır.
Rusiya bazarların Qərb və Avropa şirkətlərindən boşalan yerlərinə isə artıq gəlmək istəyən ölkələr öz niyyətlərini açıq şəkildə bəyan edib. Belə ki, Qərb şirkətlərinin Rusiya bazarını tərk etməsi, sanksiyalara qoşulmayan ölkələr, xüsusilə də Türkiyə, Azərbaycan, İran, eyni zamanda Yaxın Şərq və Asiya ölkələri üçün yeni, böyük bir bazara giriş imkanı yaratdı. Artıq bu ölkələr Rusiya bazarlarında yer tutmaq üçün ciddi addımlar atıb, müəyyən görüşlər və təmaslar olub.
200-ə yaxın türk şirkəri, Azərbaycan sahibkarları, bir neçə Çin şirkəti və digər böyük logostika şirkətləri Rusiya bazarlarına girmək üçün can atır. Rusiya bazarlarındakı boşluq isə əsasən Türkiyə və Azərbaycan şirkətləri üçün ciddi fürsət yaratmaqdadır. Xüsusilə də ticarət, istehsal, inşaat və elektron texnologiyalar bazarında yaranan boşluq Türkiyə və Azərbaycan üçün ciddi gəlir sahəsinə çevrilə bilər.
Digər tərəfdən rəsmi Ankara və Bakı Rusiya bazarlarına ilk girən ölkə olmaq istəyirlər. Bunun səbəbi isə qısa müddətdə Rusiya bazarında möhkəmlənib bir növ lokomotivə çevrilməkdir. Çünki bu prosesin gedişatında digər xarici ölkə şirkətləri də bazara daxil olmasına rəvac verəcək ki, bu da xüsusilə Türkiyənin marağında olan məsələdir. Türkiyə bu prosesin gedişatında türk şirkətləri vasitəsilə digər investor ölkələrin Rusiya bazarlarına çıxışını təmin etməklə həm öz iqtisadi gücünü artırmağı planlayır, həm də ucuzlaşma prosesində olan lirənin dəyər qazanmağına zəmiin hazırlayır. Artıq Türkiyə və Rusiya prezidentlərinin Soçidə keçirilən son görüşündə iki ölkənin ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması ilə bağlı razılıq əldə olunub. Eyni zamanda qarşılıqlı ticarət əməliyyatlarının rubl və lirə ilə aparılması razılaşdırılıb ki, bu da hər iki ölkənin valyutasının güclənməsi istiqamətində atılan ciddi addım hesab olunub.
Ümumi olaraq, Avropa və Qərb şirkətlərinin Rusiya bazarlarını tərk etməsi yeni fürsətlər yaratdı. Bu fürsətlər fonunda dövlətlərin bu məsələdə aktiv olması, şirkətləri bu istiqamətdə dəstəkləməsi və prosesdə aktiv fəaliyyətini təşviq etməsi vacib addımlardır. Bu ilin 15-18 iyunda keçirilən XXV Peterburq Beynəlxalq İqtisadi Forumunda aktiv iştirak edən Türkiyə və Azərbaycan əslində Rusiya bazarına olan marağını açıq şəkildə göstərmiş oldu. Növbəti belə bir tədbir isə 5-8 sentyabrda keçiriləcək. Belə ki, sentyabrın 5-8-də Vladivostokda Şərq İqtisadi Forumu keçiriləcək ki, bu da Rusiya bazarlarına giriş üçün son imkan hesab olunur. Forumda iştirak edəcəklərini artıq bir çox ölkələr, o cümlədən Türkiyə və Azərbaycan təsdiqləyib. Forumda əsasən turizm, ticarət, tikinti, o cümlədən restoran, hotelçilik məsələləri aktual olacaq. Bu sahələrdə isə həm Türkiyə, həm də Azərbaycan biznesinin maraqlı olduğu sahələrdir. Forumun ən önəmli özəlliyi isə Bakı ilə Ankara üçün tamamilə yeni üfüqlərə – cənub-şərqi Asiya və Sakit okean hövzəsi ölkələrinə körpü rolunu oynaya biləcək olmasıdır. Bakı və Ankaranın gün keçdikcə müstəqilləşən xarici siyasi-iqtisadi addımları, Qərb tərəfindən xoş qarşılanmamasına və Türkiyəni sanksiyalar, altında tutmasına rəğmən, yaxın gələcəkdə nə qədər davamlı və möhkəm olacaqdır?