“Snayper həddi” müsabiqəsində 1-ci mərhələ bitdi

236

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin birinci mərhələsinin yekununa həsr olunan tədbir keçirilib.

Sosialmedia.az bildirir ki, Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Birinci mərhələnin 8 çalışmasının yekununda fərdi birincilik müəyyənləşdirilib.

Birinci yerə layiq görülən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Sonda müsabiqədə iştirak edən komandaların heyəti səhnəyə dəvət olunub və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.