“Ailə, cəmiyyət və biz …!” layihəsinin icrasına start verildi

181

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən 3 ay boyunca “Ailə, cəmiyyət və biz …!” Həssas qruplara aid uşaq və ailələrin sosial – tibbi və psixoloji reabilitasiya sahəsində maarifləndirmə layihəsnin icrasına başlayır.

Sosialmedia.az xəbər verir ki, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi sədri və layihə rəhbəri Cəmilə Çingizqızı xəbər verib ki, layihə həssas qruplara aid edilən, uşaqların ailələri ilə sosial – tibbi və psixoloji reabilitasiya sahəsində maarifləndirilməsinə yardım edəcək. Həmçinin ailələrə fərdi psixoloji yardım , sağlamlıq imkanları məhdud olan uşaqları, ailələrini narahat edən problemləri öyrənmək, onları birgə qrup təlimə cəlb etmək layihənin əsas məqsədlərdən biridir. Bundan əlavə gələcəkdə bu qəbildən olan uşaqlarla çalışacaq bir qrup gənc tələbə üçün “Ailə, cəmiyyət və biz …!” adlı psixoloji təlim təşkil olunacaq.