“Milli maraqların qorunması parlaq gələcəyin təminatıdır”

131

“Milli maraqların qorunması parlaq gələcəyin təminatıdır”
Cari ilin sentyabr və oktyabr ayları ərzində “Ziyalı Ocağı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdıracağı “Milli maraqların qorunması parlaq gələcəyin təminatıdır” adlı layihəsinin icrasına başlayıb.

Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi Azərbaycanın beynəlxalq arenada milli maraqlarının qorunmasıdır. Birlik təbliğat və təşviqatını bu istiqamətdə quracaqdır. Layihənin icra olunması üçün ayrılan vaxt iki ayı əhatə edir. Qeyd olunan müddət ərzində müəyyənləşdirilmiş ünvanlarda tələbə-gənclər, yuxarı sinif şagirdləri qarşısında, habelə geniş auitoriya önündə ölkəmizin milli maraqlarının qorunması aspektində təbliğat kompaniyası aparılacaqdır. Layihənin tərəfdaşı olan təşkilatın(-İşıq yol-Almaniya) da dəstəyi ilə Almaniyada bu istiqamətdə görüşlər keçiriləcəkdir.

Layihə çərçivəsində Zoom Proqramı vasitəsi ilə birbaşa yayımlanan görüşə dünyanın müxtəlif nöqtələrindən olan insanlar qatılacaqdır. Bu görüşdə birgə fikir mübadiləsi aparılacaqdır. Layihə çərçivəsində eyni zamanda “İşğal” adlı sənədli film lentə alınacaqdır. Bu sənədli film ümummill maraqlarımıza xidmət edən süjet xətti üzərində qurulacaqdır və bu film doğma Azərbaycanımızın haqq səsinin dünyay çatdırılması üçün bir vasitədir. Ümidvarıq ki, reallaşdıracağımız bu layihə cəmiyyətimiz və dövlətimiz üçün faydalı olacaqdır.