Novxanıda oteldə yanğın baş verdi

226

Novxanıda oteldə baş verən yanğın söndürülüb.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd eidlir ki, Fövqəladə Hallar Nazirliyinin (112) qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən FHN-in yanğından mühafizə qüvvələri ünvana çatdıqdan sonra yanğının “Spring” Hotel”in yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.

Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub, yanğın məhdudlaşdırılıb. Yanğın söndürülüb.