Həssaslara Doğru QHT Koalisiyası yaradıldı

410

Sosialmedia.az xəbər verir ki, “Həssaslara Doğru” QHT Koalisiyası yaradılıb. Qeyri-hökümət təşkilatlarının bilik və bacarıqlarının, kadr və maddi resursların birləşdirilməsi, onlardan birgə istifadənin bu mübarizənin uğurluğunu təmin edən vasitələrdən biri kimi qəbul edərək “Yeni Həyat” Hümanitar və Sosial Dayaq İctimai Birliyi, “Əliliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi və “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi Regional Koalisiyanın yaradılması haqqında razılığa gəliblər.

Üç təşkilatın təsis etdiyi 30.09.2022-ci il tarixində Həssas sosial qruplara aid şəxslərin dayanaqlı inkişafına ictimai dəstəyin gücləndirilməsi məqsədilə Regional Koalisiyanın yaradılması haqqında anlaşma memorandumunun imzalanması mərasimi təşkil edildi.

Kaolisiyanın yaradılmasında məqsəd İnsan alveri, məişət zorakılığı, erkən nigah, cinsi ayrı-seçkiliyə qarşı ölkədə aparılan mübarizəyə öz töhvəsini verməkdir.