“Ailə məktəbi” çərçivəsində Saglam ailə-Sağlam millət layihəsinin birinci tədbiri həyata keçirildi

176

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi, “Ailə məktəbi” çərçivəsində Sağlam Ailə-Sağlam Millət” layihəsi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant musabiqəsinin qalibi olmuşdur.

Layihənin məqsədi ölkəmizdə boşanmaların qarşısını qisməndə olsa almaq, millətin gələcəyi olan uşaq və gənclərin sağlam mühitdə böyümələrinə sağlam ailə modelimizin möhkəmləndirilməsinə və xöşbəxt ailələrin çoxalmasına dəstək verməkdir. Bunun üçün birlik gənc xanımların maarifləndirilməsini məqsədə uyğun hesab etmiş və “Ailə məktəbi” çərçivəsində “Sağlam Ailə-Sağlam Millət” layihəsinin icrasını öhtəsinə götürmüşdür.

Sosialmedia.az xəbər verir ki, layihə çərçivəsində nəzərdə tutulan birinci tədbir 1 oktyabr 2022-ci il tarixində ölkəmizin cənnət guşələrindən birində həyata keçirilmişdir. Gənc xanımlar təlimin əyləncəli və təbiət qoynunda keçirildiyi üçün unudulmaz olduğunu vurğuladılar. Proqramda 1 dəfə qidalanma, iki dəfə çay süfrəsi, nəfəs idmanı və psixoloji oyunlar keçirilmişdir.
Tədbirdə Ailə məktəbinin mövzuları iştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş və çox maraqlı müzakirələr aparılmışdır.
Bizə bu imkanı yaratdığı üçün Azərbaycan Respublikasi Qeyri Hökümət Təskilatlarina Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümüzü bildiririk.